2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 dəfə artaraq 680,8 min nəfər olub.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 29,1 faiz artıb.
Ölkə vətəndaşlarının 47,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,1 faizi Gürcüstana, 15,3 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 55,4 faizi hava, 42,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.