Satış menecerləri və HR mütəxəssisləri arasında İT ixtisasları üzrə kurslara tələbat artıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Skypro onlayn universitetinin və HeadHunter onlayn işə götürmə platformasının analitikləri araşdırma apararaq müəyyən ediblər ki, 2022-ci ilin fevral ayının sonundan iyunun sonuna qədər olan dövrdə 98,5 min insan öz CV-lərində peşə sahəsini dəyişib və ya axtarış etmək üçün yenilərini yaradıb. Ən çox marketoloqlar (13%), satış menecerləri (10%), bank sektorunun nümayəndələri (8%), top menecerlər (7%), tikinti sənayesi mütəxəssisləri (6%), istehsal və kənd təsərrüfatı sektorunda çalışanlar bura daxildir.


İT kursu keçmək istəyənlər arasında liderlər satış menecerləri, məsləhətçilər və HR menecerləri olub. Əvvəllər baza ixtisasları üzrə təhsil almış, lakin fəaliyyət sahəsini dəyişmək istəyənlərin də sayı artıb: Sürücülər, anbar işçiləri, kuryerlər bura daxildir.


Stereotiplərin əksinə olaraq, qadınlar (57%) daha çox kişilər (43%) əvəzinə İT peşələrini seçirlər. 26-30 yaşlı gənclərin yalnız 27%-i sənayeni İT sahəsinə dəyişmək qərarına gəlir.