"Unity", oyunların inkişaf proseslərində Azure bulud hesablama sistemindən istifadə etmək üçün "Microsoft" ilə razılığa gəldiyini açıqladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət hesab edir ki, "Unity" oyun mühərrikindən və Azure bulud hesablama sistemindən istifadə edən oyun tərtibatçıları prosesləri xeyli qısalda bilər. Bu əməkdaşlığın, xüsusilə masaüstü sistemlər və "Xbox" oyun konsolları üçün oyunların inkişafında çox faydalı olacağı düşünülür.


"Microsoft" isə bu əməkdaşlıqla təkcə oyunların inkişaf proseslərinin deyil, həm də paylanma proseslərinin asanlaşacağını, daha da əhəmiyyətlisi, real vaxt rejimində üç ölçülü simulyasiyaların gələcəkdə daha asan yaradıla biləcəyi və e-ticarətdən istehsal və təbabətə qədər bir çox sahədə istifadə oluna biləcəyi müjdəsini verib.