On minlərlə “Unibank” kart sahibləri noyabrın 1-nə kimi Hesab.az on-layn ödəmələr portalında üç qat bonus qazana bilərlər. Portalda qeydiyyatdan keçən Bank müştərilərinin əməliyyatları üzrə hər 1 AZN-ə 3 bonus xalı təqdim olunur. Nəticədə onların müxtəlif hədiyyə qazanmaq şansları da 3 dəfə artıb.

Aksiya çərçivəsində həmçinin «ALBALI» taksit kartları üzrə müştərilərə 5 qat bonuslar təqdim edilir. Bu növ taksit-kartları ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, İnternet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir. Qeyd edək ki, xüsusi olaraq nağdsız ödənişlər üçün “Unibank” tərəfindən buraxılan «ALBALI» kartlarını artıq www.albali.az saytında sifariş etmək mümkündür. Taksit kartlarının sahiblərinə məbləği 3 min AZN-dək, müddəti isə üç ilədək kredit xəttləri təqdim olunur.

Xatırladaq ki, «GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalının bütün xidmətləri on-layn rejimində həyata keçirilir və pulsuzdur. Bütün tranzaksiyaların təhlükəsizliyi tanınmış “Visa”“MasterCard” beynəlxalq ödəniş sistemlərinin nəzarəti altında təmin olunur. Hesab.az istənilən mobil operatorların, əksər İnternet-provayderlərin, kabel televiziya şəbəkələrin, kommunal və digər şirkətlərin xidmətlərini plastik kartlar vasitəsi ilə ödəmək imkanı verir. Portalda qeydiyyatdan keçən 25 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarda hədiyyələr qazana bilər.