Xarici amillər dünya bazarlarında neft qiymətlərinin fərqli dinamika nümayiş etdirməsinə səbəb olub.
Facemark.az “Report”a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin noyabr fyuçersləri 0,07 % bahalaşaraq, 1 bareli 92,06 ABŞ dollarına satılıb. "WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə əksinə 0,09 % düşərək, 1 bareli 85,28 ABŞ dolları təşkil edib.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsini artıracağı ilə bağlı xəbərlər qiymətlərə mənfi təsir göstərir.
Digər tərəfdən, neftin əsas idxalçısı olan Çində koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması neftə olan tələbə müsbət təsir edir.