“Bank of Baku” daimi muştərilərinin təmsil olunduğu “Dostlar Klubu”-nun üzvləri üçün daha bir yenilik təqdim edir. Beləliklə, artıq “Dostlar Klubu”-nun hər üzvü krediti ödəyərkən topladığı bonusların 5-də 1 hissəsini bankda qeydiyyatda olan mobil telefon nömrəsində danışıq vaxtına çevirə biləcək. Bonusları mobil danışıq vaxtına çevirmək kifayət qədər sadə olacaq. Bunun üçün həftənin 7 günü ərzində 24 saat boyunca 8145 nömrəsinə xüsusi sms göndərmək kifayətdir.
Müştərilərə hər kredit ödənişindən sonra ümumi bonusları ilə birlikdə mobil istifadə üçün nə qədər bonusları olduğu barədə də məlumat veriləcək. Ölkədəki hər 3 operatorun (Azercell,Bakcell,Nar Mobile) abonentləri bonuslarını mobil danışıq vaxtına çevirə bilər. Layihəyə start verildiyi gün bonusları danışıq vaxtına çevirmək uçün müvafiq təlimat müştərilərin mobil telefonlarına ismarıcla göndəriləcək. Qeyd edək ki, “Dostlar Klubu” kartları müştərilərə pulsuz təqdim edilir.
Beləliklə, “Bank of Baku” bazarda ilk dəfə loyallıq proqramı çərçivəsində öz daimi müştərilərinə bu layihəni təqdim edir. Bonusların məhz rabitə sahəsində istifadəsi müştərilərimizin gündəlik ehtiyaclarının qarşılanmasına yönəlib. “Bank of Baku” bununla kifayətlənməyərək yaxın vaxtlarda “Dostlar Klubu”-nun üzvləri üçün yeni və daha fərqli yeniliklər elan edəcək.
“Bank of Baku” daimi muştərilərinin təmsil olunduğu “Dostlar Klubu” çərçivəsində müxtəlif kateqoriyalı imtiyazlı kartlar verir. Bu kartlar “Bank of Baku” ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən və müsbət kredit tarixçəsinə malik müştərilərə şamil olunur. Cari ilin may ayında təsis edilmiş “Dostlar Klubu”-na bu qısa müddət ərzində 36 000-dən çox müştəri qoşulub və klub üzvləri ödədikləri kreditin müqabilində 250, 000 manata yaxın məbləğdə bonuslar toplayıblar. “Dostlar Klubu” barədə daha ətraflı məlumatı sosial şəbəkə səhifəsindən əldə edə bilərsiniz : https://www.facebook.com/Dostlarklubu .