Bu həftə (26 - 30 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91,14 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,32 dollar və ya 1,43% azdır.

Facemark.az "APA-Economics"ə isitnadən xəbər verir.


Məlumatına görə, həftə ərzində ən yüksək göstərici (IV gün) – 92,85 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 89,07 dollar səviyyəsində olub.