Nar Mobile “İteca Caspian” şirkətinin tikinti sahəsində keçirdiyi növbəti sərgiyə dəstək olub. Belə ki, mobil operator oktyabr ayının 17-dən 20-dək Bakı Ekspo Mərkəzində keçiriləcək regionun inşaat sahəsində ən iri tədbir - “BakuBuild-2012” - 18-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinin kommunikasiya tərəfdaşıdır.  Sərgidə tikinti sənayesində,  o cümlədən interyer, eksteryer və inşaat texnikası kimi qonşu sektorlarda çalışan aparıcı beynəlxalq şirkətlər məhsul və nailiyyətlərini nümayiş etdirəcəklər.


Nar Mobile son illər tikinti sahəsində müasir informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərini istifadə olunduğunu nəzərə alaraq ölkəmizin tikinti sahəsinə dəstəkləmək üçün bütün imkanlardan istifadə edir. Belə ki, sonuncu belə dəstək kampaniyasını “İteca Caspian” şirkətinin keçirdiyi 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisidir. 


Bundan başqa Nar Mobile digər sahələrin inkişafına da mühüm yer ayırır və İteca-nın müxtəlif sahələr üzrə hər il təşkil etdiyi sərgilərdə kommunikasiya tərəfdaşıdır: məsələn, bu yaxınlarda keçirilən təhsil və səhiyyə sərgisinə.


Qeyd edək ki, “İteca Caspian” Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan yeganə qurumdur. “İteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilər Neft və Qaz, Tikinti, Telekommunikasiya və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida sənayesi, Dəniz məhsulları və Balıqçılıq, Kənd Təsərrüfatı, Nəqliyyat, Avtomobillər, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi, Təhsil və Karyera, Mebel və İnteryer, Daşınmaz Əmlak kimi mövzuları əhatə edir.