Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1 110,8 min nəfər olub.


Facemark.az “Report”a istinadən xəbər verir.


Məlumata əsasən, ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 17,7 %-i Rusiyaya, 11,1 %-i İrana, 8,5 %-i Gürcüstana, 15,4 %-i digər ölkələrə səfər edib.


Qeyd edək ki, gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.


Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiyaya gedənlərin sayı isə 21,2 % artıb.