İlin ikinci Günəş tutulması başa çatıb.


Facemark.az APA-ya istinadən xəbər verir ki, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb.


Qeyd edək ki, tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.


2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də isə ilin ikinci Ay tutulması olacaq.