Yaradıcı sənayelərdə qabaqcıl təcrübələrin öyrənilməsi və Federasiyanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərimiz davam edir. Belə ki, bu yaxınlarda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Höte İnstitutu tərəfindən icra olunan #EU4Culture layihəsi çərçivəsində fərdi mobillik proqramının birinci mərhələsinin qalibi kimi Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədr müavini Telman Məlikzadə Çexiyanın Kreativ Praqa (Kreativní Praha) təşkilatının dəvəti ilə bir həftə ərzində Çexiya Respublikasında təcrübə və öyrənmə səfərində olmuşdur.
17-23 oktyabr tarixində baş tutmuş səfər proqramı çərçivəsində Çexiyanın Mədəniyyət Nazirliyində, YUNESKO yaradıcı şəhəri kimi Praqa ədəbiyyat şəhərinin layihə əlaqələndirmə ofisində (https://www.prahamestoliteratury.cz/en/about/), Ostrava şəhərinin kreativ klasteri olan Dolni Vitkovica məkanında (https://www.dolnivitkovice.cz/), Praqa İnnovasiyalar Platformasında, Çarls Universitetinin Kampus Hybernska kreativ habında (https://www.kampushybernska.cz/en/campus-hybernska/), Art&Digital Lab H40 (https://h40.cz/lab/inkubator/) yaradıcılıq inkubator mərkəzində, Çexiyanin Sənaye və Ticarət Nazirliyi nəzdindən fəaliyyət göstərən Çexİnvest şirkətinin Yaradıcı Sənayelər üzrə Texnoloji İnkubasiya mərkəzində (https://www.czechinvest.org/.../CzechInvest-seeks... ) görüşlər keçirilmişdir. Bundan başqa, cənab T.Məlikzadə Brno şəhərində kreativ günlər festivalının açılışında iştirak edərək Kumst kreativ hab (https://www.kumstbrno.cz/en/) təşkilatçılığı ilə keçirilən şəbəkələşmə görüşündə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, ölkəmizdə yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlar, #EU4Culture layihəsinin bu istiqamətdə açdığı imkanlar, yerli şəhərlər üçün mədəni inkişaf strategiyalarının inkişafı üzrə müsabiqənin qalibi olmuş Lənkəran Mədəni inkişaf strategiyası layihəsi haqqında çıxış etmişdir.
Vacib görüşlər sırasında Avropa Yaradıcı Biznes Şəbəkəsinin direktoru cənab Gerin Trautenberger ilə görüş baş tutmuşdur və Federasiyanın Avropa Yaradıcı Biznes Şəbəkəsinə üzvlüyü cənab Trautenberger ilə müzakirə edilmişdir. Nəticə olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Avropa Yaradıcı Biznes Şəbəkəsinə (ECBN) üzv qəbul edilmişdir: https://www.ecbnetwork.eu/who-we-are/
Fürsətdən istifadə edərək, ölkəmizdə mədəniyyət, incəsənət və yaradıcılıq sahəsində fəaliyyət göstərən menecerlərləri və yaradıcı gəncləri #EU4Culture proqramının növbəti mərhələlərində fəal olmağa və faydalı öyrənmə və təcrübə qazanma imkanlarından istifadə etməyə dəvət edirik.
Fotoları təqdim edirik: