"Limber" gündəlik həyatda rast gəlinən əzələ-skelet sistemi problemlərinin həlli yollarını tapmağa çalışır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rəqəmsal sağlamlıq startapı "Limber Health" 11 milyon dollarlıq investisiya alıb. 11 milyon dollarlıq investisiya raunduna "Glenview Capital" rəhbərlik edib. "ABŞ"da yerləşən şirkətin investisiya turunda "Blue Venture Fund", "Blue Cross Blue Shield Association" və "Sandbox" iştirak edib. Şirkətin yeni gələn sərmayəsi biznes proseslərini təkmilləşdirmək üçün istifadə olunacaq.
Rəqəmsal əzələ-skelet sistemi qayğısı və fiziki terapiya sahəsi rəqəmsal sağlamlıq investorları üçün, xüsusən "ABŞ"da və daha sonra Avropada çox populyar bir sahədir. Keçən aprel ayında nevroloji əsaslı əzələ-skelet sistemi xəstəliklərinə diqqət yetirən "GripAble", 11 milyon dollarlıq investisiya aldığını açıqlayıb. "Tura IP Group" və "Parkwalk Advisors" rəhbərlik edib. Gələn yeni investisiya ABŞ bazarına hazırlaşmaq üçün istifadə olunacaq. Londonda yerləşən startap indiyədək investisiya məbləğini 16,3 milyon dollara çatdırıb. Paul Rinne və Mike Mace tərəfindən işə salınan platforma fiziki və idrak qüsurları olan xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Təşəbbüs həm nevroloji, həm də əzələ-skelet sistemi xəstəlikləri olan xəstələr üçün reabilitasiya proqramları təklif edir.
Bundan əlavə, keçən fevral ayında eyni sahədə çalışan rəqəmsal sağlamlıq platforması "MindMaze"ə 105 milyon dollarlıq sərmayə qoyulması gündəmdə idi. Dörd ayda 105 milyon dollarlıq yeni sərmayəyə imza atan şirkətin investisiya məbləği indiyə qədər 340 milyon dolları keçib. İsveçrədə yerləşən "MindMaze", xəstələri müalicə etmək və sağaltmaq üçün rəqəmsal qiymətləndirmələr və terapevtiklər təqdim edən rəqəmsal neyroterapevtik platforma kimi seçilir. O, sinir bərpasını təşviq etmək üçün tibbi virtual reallıq məhsulları hazırlayır.