"Elektronic Caregiver" diqqəti yaşlılara və uşaqlara yönəldib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, uzaqdan xəstə monitorinqi və xroniki xəstəliklərə qulluq platforması olan "Electronic Caregiver" 42,5 milyon dollar investisiya alıb. Bildirilib ki, sərmayənin 90 faizi mövcud investorlar tərəfindən qoyulub. Məsələ ilə bağlı təfərrüatlar verilməyib. Yeni gələn investisiya şirkətin müştəri bazasının genişləndirilməsi üçün istifadə olunacaq.


New Meksikoda yerləşən şirkət 2009-cu ildə Joe Baffoe tərəfindən təsis edilib. Evin hər tərəfinə yerləşdirilmiş sensor ekranlı cihazlar sayəsində xəstənin uzaqdan monitorinqi və xroniki xəstələrə qulluq xidmətləri təklif edir. "Elektronic Caregiver" diqqəti yaşlılara və uşaqlara yönəldir. Şirkət hazırda 200 mindən çoxdur və müştəriyə xidmət edir. 2024-cü ilin sonuna qədər bu rəqəmin 250 mini keçəcəyi düşünülür. "Elektronic Caregiver" həkimlər, səhiyyə təşkilatları və evdə qulluq agentlikləri ilə tərəfdaşlıq edir. Rəqəmsal sağlamlıq həllərinə yüksək tələbat səbəbindən şirkət Amerikanın ən sürətlə inkişaf edən 1000 şirkəti arasındadır.