"Noala"nın məqsədi nitq və dil terapiyasını əlçatan etməkdir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, danışıq və dil terapiyası platforması "Noala" 4 milyon dollarlıq bir sərmayə alıb. 4 milyon dollarlıq investisiyaya "LocalGlobe" rəhbərlik edib. Böyük Britaniyada yerləşən şirkətin investisiya turuna Cocoa Ventures, Josefin Landgard, Nicolas Brusson", Xavier Louis və Adrien Nussenbaum qatılıb.


2021-ci ildə sahibkar Emilie Spire tərəfindən qurulan şirkət uşaqlar üzrə ixtisaslaşıb. "Noala"nın məqsədi nitq və dil terapiyasını əlçatan etməkdir. O, həftəlik nitq və dil terapiyası seansları təşkil edir. Sessiya haqqı adambaşına 2,5 funt sterlinqdir. Bazarda dil və loqopediya haqqının üçdə birinə bərabərdir. Şirkət nə qədər istifadəçisi olduğunu açıqlamağa üstünlük vermir. "Noala" gələn il "ABŞ"a genişlənməyi planlaşdırır. O, həmçinin məhsul və klinik qruplarını genişləndirərək "Ar-Ge" tədqiqatlarına diqqət yetirməyi planlaşdırır.