"Çin Mərkəzi Bankı"nın sədri Yi Qang, bankın real iqtisadiyyata dəstəyini ifadə edən mesajlarına bir yenisini əlavə edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qlobal miqyasda sərtləşmə yolunu izləyən mərkəzi banklardan ayrılan "Çin Xalq Bankı", real sektorun dəstəklənməsinə verdiyi vurğunu təzələyib.
"Çin Mərkəzi Bankı"nın rəhbəri Yi Qanq bazar günü verdiyi açıqlamada "Çin Xalq Bankı"nın valyuta yuandakı sabitliyi qoruyaraq real iqtisadiyyata kredit verməkdə irəliyə doğru addım atacağını bildirib.
Avtomobil və daşınmaz əmlak satışlarının yavaşlaması, qlobal ticarətin zəifləməsi, kiçik şirkətlərin etibarının azalması və buna bənzər inkişaflar Çin iqtisadiyyatının oktyabr ayında zəiflədiyinə dair siqnallar verib.