1994-cü ildən bəri fəaliyyət göstərən “Bank of Baku” bu günlərdə toplam olaraq 900 000-ci kreditini rəsmiləşdirib. Bu rəqəm Azərbaycan bankları arasında ən yüksək göstəricidir. Hal-hazırda “Bank of Baku” –nun ölkə boyunca onlarla filialına üz tutan müştərilərin çoxluğu bu rəqəmin ən qısa vaxtda 1 milyona çatacağını ehtimal etməyə əsas verir.
İstehlak kreditləri sahəsində aparıcı mövqeyə sahib olan “Bank of Baku” hal-hazırda Azərbaycanın bankçılıq sektorunda geniş yayılmış bir çox məhsul və xidmətləri ilk dəfə tətbiq edən kommersiya bankıdır.
Belə ki, “Bank of Baku”
- İstehlak mallarını ilk dəfə kreditləşdirən, zaminsiz və arayışsız nağd və istehlak kreditləri ayıran bankdır
- İstehlakçılar arasında çox populyar olan Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan BOLKART-ı dövriyyəyə buraxan bankdır
- Azərbaycan bankçılıq tarixində ilk dəfə sadiq müştərilər üçün “Dostlar klubu” adlı imtiyazlı klub yaradan bankdır
- Kredit ödənişlərini ilk dəfə xüsusi ödəniş terminalları, telefon və internet vasitəsilə həyata keçirməyə imkan verən bankdır
- İlk dəfə tərəfdaş mağazalarda yerindəcə krediti təhlil edən bankdır
- “İdeal” və Mybrand’s mağazalar şəbəkəsi ilə ilk hissə-hissə ödənişli kobrend kartlar buraxan bir bankdır.
- “Faizlər geri qayıdır” adlı kampaniya çərçivəsində müştəriyə ilk dəfə bank tərəfindən kredit üzrə ödənilmiş faizləri geri qaytaran bankdır
- 8145 SMS nömrəsinə iş yerinin adını göndərməklə kredit şərtinə dair müştəriyə ilk mesaj xidməti göstərən bir bankdır.
“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.