Avrozonada illik inflyasiya 10,7 faiz artaraq rekorda imza atıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avrozonada sentyabrda 9,9 faiz olan illik inflyasiya oktyabrda 10,7 faizə yüksələrək rekord qırıb.


"Avropa Statistika İdarəsi" Avrozonanın oktyabr ayı üzrə illik inflyasiya göstəricilərini açıqlayıb. Buna görə Avro bölgəsində sentyabrda yüzdə 9,9 olan illik inflyasiya oktyabrda yüzdə 10,7-yə yüksəlib.


Avrozonada oktyabr ayında inflyasiya" Eurostat" tərəfindən məlumatların toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.


Avro bölgəsindəki 11 ölkədə ikirəqəmli rəqəmə çatan inflyasiya 3 ölkədə 20 faizi keçib. Bazar gözləntiləri Avrozonada oktyabr ayı inflyasiyanın 10,2 faiz olacağı idi. Açılan məlumatlar bazar gözləntilərini üstələyib.


Son aylarda da pik həddinə çatan inflyasiya "Avropa Mərkəzi Bankı"nın 2 faizlik hədəfinin üstündədir.


"Avropa Mərkəzi Bankı" inflyasiya ilə mübarizə məqsədilə son 3 ayda faiz dərəcələrini ümumilikdə 200 baza bəndi artırıb.