Hər zaman təhsilə və gənclərin inkişafına dəstək olan Nar Mobile mobil operatoru hər il yerli, və xarici universitetləri bitirmiş gənclər üçün təşkil olunmuş əmək yarmarkalarında iştirak edir və şirkətdə olan vakant yerlər haqda onlara məlumat verir. Bu dəfə şirkət xaricdə təhsil almış azərbaycanlı gənclər üçün İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunmuş əmək yarmarkasında iştirak edib. Yarmarka çərçivəsində Nar Mobile-ın İnsan Resursları (İR) departamentinin əməkdaşları gənclərə şirkət haqqında məlumat vermiş, İKT sektorunda karyera imkanları və gələcək prespektivləri haqqında danışıblar. Nar Mobile əməkdaşları gənclərin müraciətlərini qəbul etmişdirlər.


“Cəmiyyətin sosial-iqtisadi həyatında gənclərin rolunun artırılması, o cümlədən, onların layiqli məşğulluğunun təmin edilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Nar Mobile mobil operatoru da öz növbəsində dövlətin gənclər ilə bağlı siyasətinə dəstək olaraq, keçirilən tədbirlərdə işitirak edir. Bu gün keçirilən yarmarkada iştirak bizim üçün böyük önəm daşıyır, belə ki, biz yarmarka zamanı bir sıra xaricdə təhsil almış azərbaycanlı gənclər ilə tanış olduq və onların müraciətlərini qəbul etdik. Yaxın zamanda həmin müraciətlərətlərə baxılacaq və gənclər müvafiq işlə təmin olunacaqlar” – deyə Nar Mobile mobil operatorunun İR departamentinin direktoru Mətanət Babayeva bildirib.


Qeyd edək ki, Nar Mobile hər il şirkət daxilində keçirilən təcrübə proqramı sayəsində gənc mütəxəssislərin seçilməsində və formalaşmasında dəstək olur.