Corona virusu epidemiyası ilə çox məşhurlaşan rəqəmsal sağlamlıq sahəsinə diqqət yetirən "Hiwell", daha bir investisiya aldı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Hiwell"in investisiya turuna Eksim Ventures, Sankonline, Deniz Devrim Cengiz, Kerem Ülgen, Kağan Etka Yörük, Dr. Hüseyin Başçiftçi, Senih Mete Dal, Emirhan Sancak və Mustafa Kamal Cılız kimi adlar da iştirak edib. 2019-cu ildə Ali Ozan Özçiçek tərəfindən İstanbulda qurulan "Hiwell", yerləşdiyiniz yerdən klinik psixoloqlardan onlayn psixoloji məsləhət almağa imkan verən bir təşəbbüs kimi xidmət edir. "Hiwell" 450 psixoloqla birlikdə türk, ingilis və fransız dillərində onlayn terapiya təklif edir. Alınan sərmayə ilə bağlı açıqlama verən "Hiwell", qurucusu Ozan Özçiçek bu sərmayəni qlobal əməliyyatlarını genişləndirmək və Türkiyədəki istifadəçilərinə təqdim edəcəkləri yeni xidmətləri həyata keçirmək üçün istifadə edəcəklərini bildirib.