"İngiltərə Mərkəzi Bankı" inflyasiyanın 40 illik pik həddinə çatmasını cilovlamaq üçün siyasət faizini 75 əsas bənd artıraraq 3 faizə çatdırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bank 1989-cu ildən bəri ən böyük faiz artımını edib.
İngiltərə Bankı siyasət faizini 75 baza bəndi artıraraq 2,25%-dən 3%-ə qaldırıb. Bank bazarlarda gələcək faiz artımlarının ardınca 2 illik resessiyaya gətirib çıxaracağını bildirərək, bu yolla getməyəcəyinə işarə edib.
Pul siyasəti qərarı 2 əleyhinə 7 səslə qəbul edilib. Faiz qərarına qarşı çıxan Svati Dhingra 50 baza bəndinə, Silvana Tenreyro isə 25 baza bəndinə səs verib. Açıqlamada, gələcək faiz artımları ilə bağlı "pik faiz dərəcəsinin yəqin ki, bazarların nəzərdə tutduğundan daha aşağı olacağı" ifadə edilib.
Bəyanatda deyilir ki, inflyasiya davamlı şəkildə hədəfə qayıdana qədər faiz artımı tələb oluna bilər. Bununla belə, faiz dərəcələrindəki zirvənin “maliyyə bazarlarında göstərilən qiymətdən aşağı ola biləcəyi” bildirilib.