Türkiyədə "Rawsome" brendi ilə fəaliyyət göstərən "Pachamama Gıda", 6,75 milyon TL hədəflə başladığı kampaniyada 8,2 milyon TL toplayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər veriri ki, Türkiyədə "Rawsome", Avropa İttifaqında "Rawmygod", İngiltərə və ABŞ markaları altında fəaliyyət göstərən sağlam, vegan və şəkərsiz qəlyanaltı istehsalçısı "Pachamama Gıda", ianə üçün 6,75 milyon TL hədəflə kampaniya başladıb. 54 milyon "TL"lik investisiya turuna başlayan "Pachamama Gıda", 1115 investorun iştirakı ilə turunu tamamlayıb. "Rawsome", infrastrukturunu gücləndirəcək, aldığı sərmayə ilə ixracat artımını dəstəkləmək üçün yeni məhsul kateqoriyaları əlavə edəcək məşğulluq və istehsal avadanlığı investisiyalarına diqqət yetirəcək.