Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 1200 dollardan aşağı qalmaqdadır.
Facemark.az bu barədə “Report”a istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1161,6 dollar (-1,2 %) səviyyəsində başlayıb. Qeyd edək ki, daha sonra “mavi yanacağ”ın qiyməti 1183,9 dollar (+0,7 %) təşkil edib. Ötən gün isə təbii qazın qiyməti 1000 kubmetr üçün 1 175,8 dollar təşkil edirdi.