İdman sahəsinin inkişafına daim önəm verən Nar Mobile, bu dəfə də ölkədə keçirilən ən maraqlı idman layihələrindən biri olan Baku City Challenge avrorallisində iştirak edən bir komandaya öz tövhəsini vermişdir. Belə ki, Nar Mobile-ın sponsorluq etdiyi Ledermeyer avtoralli komandası (Ledermair Motorsport Racing Team) 28 oktyabr 2012-ci il tarixində Bakıda ilk dəfə keçirilən yarışmada, “Classic Grand Prix” kateqoriyasının final mərhələsində 2-ci yeri tutmağa müvəffəq olmuşdur. Komandanın pilotu Yohan Ledermeyer, idarə etdiyi avtomobil modeli Dallara-Renault idi.
Yohan 23 sentyabr 1991-ci ildə Tirol regionunun Şvats şəhərində anadan olmuş və idman karyerasını kartinqlə başlamışdır. Çox saylı regional uğurlardan sonra, o, İtal-Sistem kartinq əfsanəsi Achille Parilla tərəfindən 2005-ci ildə 1 nömrəli sürücü adlandırılmışdır. 2008-ci ildə, Ledermeyer ADAC Formula Ustaları yarışmasında iştirak etmiş və 2009-cu ildə, Şimali Avropa Kuboku üçün Formula Reno ilə birgə xüsusi komandanı formalaşdırmışdır.
2010-cu ildə, Yohan Şimali Avropa Kuboku Formula Reno 2000 yarışmasında dörd fərdi qələbəni və bütövlükdə, yeddi final mərhələsində ikinci olmuşdur. (http://www.johann-ledermair.com/index.php). Nar Mobile, bir daha bu maraqlı yarışda iştirak edən bütün idmançıları təbrik edir.