Apreldən sentyabr ayına qədər Rusiyanın Hindistanın 5-ci ən böyük ticarət tərəfdaşı olduğu bildirilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ukrayna və Rusiya arasında gedən müharibədən sonra Hindistanla neft və gübrə ticarətinin artmasının təsiri ilə Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələri sürət qazanıb. Ticarət departamentinin açıqladığı məlumatlar göstərir ki, bu ilin birinci yarısında Hindistanın Rusiyaya ixracı 19 faiz azalaraq 1,3 milyard dollar olub. Digər tərəfdən, ötən ilin aprel-sentyabr dövründə 4,2 milyard dollar olan idxal bu ilin eyni dövründə 5 dəfə artaraq 21,3 milyard dollara çatıb.


Bu dövrdə ölkəyə göndərilən Rusiya nefti 8,3 dəfə artaraq təqribən 18 milyard dollara çatıb. Hindistanın ən böyük ticarət tərəfdaşları olan ABŞ və Çin ilk iki yeri qoruyublar.