Azərbaycanın biznes icmasının xəbəri olduğu kimi, Bakıda ilk dəfə olaraq praktik Marketinq seminarları keçirilir. Seminarın tədris konsepsiyası praktik məşğələlərə əsaslandığında iştirakçılara sektorlar üzrə yeni brendlər yaradılma tapşırıqları verilmişdir. Verilən tapşırıqlar özündə 3 əsas komponenti: araşdırma, brendinq və icranı birləşdirir. Marketinq AİR iştirakçıları verilən tapşırıqlar əsasında 12 fərqli sektordan olan brend strateqiyaların qısa təqdimatlarını hazırlamışlar.
Xatırladırıq ki, Marketinq AİR seminarlarında iştirakçılara innovativ marketinq nəzəriyyəsi yerli biznes keyslərin əsasında tədris edilir. Proqramda əsas məqsəd yalnız iştirakçılara yerli marketinq haqqında məlumat vermək deyil, həmçinin ölkənin aparıcı marketinq menecerləri tanış edərək, bizneslə gənclik arasında körpü yaratmaqdır. Treninqlərin əsas aparıcıları ölkənin lider şirkətlərindən çalışan praktik marketoloqlardır. Bununla paralel olaraq oktyabr ayında Marketinq AİR qonaq qismində Azercell, New Media, Now SMS kimi şirkətlərin nümayəndələri iştirak etmişdir.
Ümumi olaraq təlimlərdə 50-ən çox keys təhlil edilmiş, yerli və xarici təcrübələrdən praktika öyrənilmişdir. Seminarların davam edən hissələrində daha əlavə 50 keys təhlil edilməsini plaşlaşdırılır.
Noyabr ayında tədris proqramı əsasən brend idarəetmədə araşdırma funksiyaları, strateji idarəetmə metodları və yeni mediyalar haqqında olacaqdır.
Təlim proqramı 3 ay nəzərdə tutulmuşdur və hər ay ümumi olaraq 12 məşğələ keçirilir. Sonda iştirakçılar yerli şirkətlərdə kurs işi yazaraq diplomlara layiq görüləcəklər.
Biznesinfo.az saytı Marketinq AİR təlimlərinin informasiya tərəfdaşıdır.