Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada inflyasiya noyabr ayında yavaşlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İspaniya və Belçikada inflyasiyanın yavaşlaması, "Avropa Mərkəzi Bankı"nın faiz artımını yavaşlatacağına dair gözləntiləri gücləndirib. "Almaniya Statistika İdarəsi'nin məlumatlarına görə, "Aİ"yə uyğun gələn istehlak qiymət indeksi noyabr ayında illik bazda yüzdə 11,3-ə enib. Oktyabrda inflyasiya 11,6 faiz təşkil edib. Sorğuda iştirak edən analitiklərin gözləntiləri 11,3 faiz olub.


İnflyasiya aylıq olaraq dəyişməz qalıb. Əvvəlki ayda yüzdə 1,1 artım olub.