Danone MMC 2006-cı il Noyabr ayının 20-sindən Azərbaycanda fəaliyyət göstərir.
Hal-hazırda şirkətin ölkə üzrə direktoru Sinan Tavdır.
Şirkət yoqurt və süd məhsullarının idxalı ilə məşğul olur. Əsas markaları Rastişka, Danone, Aktivia, Danissimo, Aktimel, Prostokvaşino, Danette, Actimel-dir.
Xüsusilə uşaqların tanıdığı Rastişka kəsmikləri hər kvartalda yeni promo reklam növləri ilə məşhurdur.
Fransız şirkəti olan Danone, dünyanın 5 qitəsində, 120-dən artıq ölkədə, 80,000- dən artıq işçisi ilə Fortune 500 siyahısında yer almaqdadır. Danone öz fəaliyyət prinsipini sağlam qida bazarındakı liderliyi, təzə süd məhsullarında(dünya birincisi), uşaq qidasında(dünya ikincisi) və medikal qidalanma üzrə olmaqla, 4 istiqamətdə davam etdirir.