İlk Gənclər Klubu-“IB Club”-dan gənclərin inkişafı üçün çox fərqli bir iş... “IB Gənclər Məclisi”

“Vita1000” meyvə şirlərinin baş sponsorluğu ilə həyata keçirilən layihə ilk və öyrədicidir.

“IB Gənclər Məclisi” uğurlu, fərqli, yenilikçi gənclərin və gənc ruhlu şəxslərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini Sizlərlə bölüşə biləcəyi tək məclisdir.. Bu məclis yenilikçi, fərqli gənclərin məkanıdır. 
Bu Məclisdə indiyədək tanımadığınız, heç adını eşitmədiyiniz,
balaca bir uğurla həyatına rəng qatmış, bir bacarığı ilə böyük uğurlar qazanmış Gənclər tanınacaq.
Bu məclis, həmçinin sizin inkişafınız üçün fürsətlər yaradacaq. 

IB Gənclər Məclisinə spiker kimi, 
Qazandığı uğurları, yaratdığı fərqlilikləri bölüşüb, izləyicilərə öyrədəcək, dəyişiklik yaradacaq, onları həyatda uğur qazanmağa motivasiya etmək məqsədli olan gənclər və gənc ruhlu şəxslər iştirak edə bilər. Məclisə məşhurlaşmaq, tanınmaq məqsədi ilə gələnlər qəbul olunmayacaq..

Bəs bu məclisidə necə iştirak edə bilərik?

“IB Gənclər Məclisi”-ində iştirak üçün yerlər məhdud saydadır.
İştirakçılar YALNIZ “IB Club” üzvləri və xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq.

IB Gənclər Məclisinə iştirakçılar İstək Məktubu əsasında seçiləcək.. 
IB Gənclər Məclisində İştirak tamamilə ÖDƏNİŞSİZDİR!

Layihədə iştirak etmək istəyənlər istək məktubunu info@ibclub.az ünvanına göndərməlidirlər.

Göndərən zaman “subject” hissəsinə “IB Gənclər Məclisi” yazılmalıdır.

İstək Məktubu: http://www.boxca.com/ce7g9irkwn7j/IB_Gencler_Meclisi_Motivation_Letter.doc.html

İstək məktublarının göndərilməsi üçün son tarix 09.11.2012-dir.

Adları açıqlanmış şəxslər dəvətnamələrini 10.11.12 tarixinə qədər ofisimizə yaxınlaşaraq əldə edə bilərlər.

Məclisdə bir çox yeniliyin və süprizlərin şahidi olacaqsınız. 

Məclis 11.11.12 tarixində Nizami kinoteatrı, 500 nəfərlik auditoriyada keçiriləcək.

Layihənin baş Sponsoru: Vitamin Meyvə Şirələri

Layihənin sponsorları: Ideal Parfumery and Cosmetics, Petkim, Atena, C`est Bon, Nano mağazalar şəbəkəsi, Pierre Cardin, 25 Advert, LIB dil dərsləri, Alma Store, Cogito Reklam Agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi.

Layihənin informasiya dəstəyiwww.azxeber.com, www.facemark.azwww.resurs.az,www.proses.azwww.inkisafmerkezi.azwww.foxnews.az portallarıdır.



Layihənin tərəfdaşı: YAP Gənclər Təşkilatı, Bakı Film İnstitutu

“IB Club” Azərbaycanın İLK gənclər klubu olan, gənclərin şəxsi inkişafları, bacarıq və biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi üçün bir çox işlər həyata keçirmişdir. Həmçinin də, gənclərin mütəxəssislərlə görüşlərini təşkil etmiş, maraqlı və aktual mövzularda seminar və treninqlər həyata keçirmiş, gəncləri təcrübə keçmələri üçün şərait yaratmışdır.

Gəncliyinizi Yaşadırıq!
Məclis bir “IB Club” məhsuludur.

Daha Ətraflı:
Tel: 
 012 4803461,  055 2384008
www.ibclub.az
Ünvan: Caspian Plaza 1. 6-cı mərtəbə