Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanallarının Youtube reytinqi" haqqında araşdırma yazısını təqdim edir!


Noyabr ayının ilk 23 günündə 3-cü yerdə qərarlaşan "İctimai TV", ölkəmizdə futbol üzrə dünya çempionatının eksklüziv yayımçısı olması səbəbindən 7 gün ərzində rekord sürətlə irəliləyərək 1-ci yerə yüksələ bilmişdir. Həmçinin qeyd edək ki, bir ay ərzində bu Youtube kanalının abunə sayı 40 minə yaxın artmışdır.


2022-ci ilin əksər aylarında reytinq cədvəlinə liderlik edən "Xəzər TV"nin Youtube kanalları son 3 aydır ki, toplam baxış sayına əsasən birinciliyə həsrətdir. Noyabr ayının ilk 23 günündə ən çox izlənən kanal olsa da, ayın son günlərində birinciliyi əldən vermişdir.


Xatırladaq ki, reytinq cədvəlinin ikincisi olan "Xəzər TV", bu ilin 11 ayında toplamda 260 milyondan çox izlənilib.