Facemark.az Rafiq Hunaltayın "Həftəsonu stereotipi" haqqında yeni yazısını təqdim edir!


Şirkətdə çalışan əməkdaşlar üçün həftə sonu dincəlmək üçün ideal zaman dilimi kimi görünür. Nədənsə hamımıza elə gəlir ki, çatdırmadığımız işi “bunu gələn həftə edərəm” deyəndə o iş daha rahat həll olacaq, gələn həftə dediyi də çox uzun zamandır. Halbuki gələn həftə çox tez gəlir. Araşdırmalar və müşahidə göstərir ki, menecerler həftəsonu aşağıdakıları edəndə növbətə həftəyə yorğun və gərgin girirlər;

- Həftəsonu ötən həftənin qalan işlərini həll etməklə məşğul olanda və ya buna daha çox zaman ayıranda
- Həftəsonu yuxudan çox gec oyananda
- Həftəsonu tamamilə heç nə etməyəndə

Bəs nə etsək, daha yaxşı olar?

- Həftəsonu cümə günü tapşırıqlarını daha real qoymaq və bütün tapşırıqları bitirərək həftəsonuna girmək. Çalışıb məcburiyyətdən gələn həftəyə iş keçirməmək lazımdır. O da həftəsonu sizin beyninizi məşğul edəcək.
- Həftəsonunu öncədən planlaşdırmaq. Bu sizi işinizi daha şövqlə görməyə və həftəsonunu həvəslə gözləməyə səbəb olacaq.
- Bir də unutmayın ki, bir çox işləri biz özümüz beynimizdə böyüdürük, əslində isə onlar o qədər də böyüdüləcək məsələlər deyil. Qısası, əlinizdə böyütdüklərinizi, gözünüzdə böyütməyin.
- Yeni şeylər öyrənmək – bu kitab oxumaq ola bilər, faydalı səyahət ola bilər, kino və s. Ayın ¼-i keçir və siz özünüzə nəsə qatdığınızı düşünmürsüzsə, bu da sizi stresə sala bilər.