Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanallarının Youtube baxışları üzrə illik reytinq cədvəli" haqqında araşdırma yazısını təqdim edir!
2022-ci ili telekanallarımızın "Youtube" kanalları üçün yüksəliş ili olduğunu deyə bilərik. Hər gün daha da artan maraq bir sıra kanalları inkişafına yol açmışdır.
2022-ci il ərzində yerli telekanallarımızın youtube kanalları toplamda 1 milyarddan çox izlənilmişdir.
2022-ci ilin 12 ayının ümumi nəticəsinə əsasən "Xəzər Tv"nin 5 youtube kanalı toplamda 300 milyondan çox izlənərək ilin ən çox izlənən telekanalı olmuşdur. Maraqlı bir statiskanı nəzərinizə çatdırmaq istərdim ki, ilin ilk 7 ayında 191 milyondan bir qədər çox izlənən telekanal son 5 ayda 106 milyondan çox baxış toplamışdır. Bu statiskaya əsasən kanalın son 5 ayda baxış dinamikasında geriləndiyi deyə bilərik.
Qeyd edək ki, il ərzində toplamda 297,6 milyon izlənən "Xəzər Tv"nin 5 "Youtube" kanalı bu baxışın 130 milyonunu telekanalın ən baxımlı layihəsi olan “Komedixana” sayəsində əldə etmişdir.
Reytinq cədvəlinin ikincisi rekord sürətlə böyüyən "Ictimai Tv"dir. Belə ki, 12 ayda 211,4 milyon izlənən İTV, bu baxışın 93,9 milyonunu ilin ilk 7 ayında, geri qalan 117,5 milyonunu isə son 5 ayda əldə etmişdir. 7 aylıq göstəricilərə əsasən reytinq cədvəlinin 4-cüsü olan telekanal 2 pillə irəliləyərək ikinci olmağı bacarmışdır. Beləliklə statiskadan göründüyü kimi son 5 ayda İTV ötən 7 aydan 20 faiz daha çox izlənilmişdir.