Millanın sponsorluğu ilə 28 oktyabr tarixində Bakıda keçirilmiş McLaren MP4 GT3 yarışlarında Frederik Makovieski və Stef Düsseldorf yarış avtomobilinin pilotları GT3 "City Challenge-in" final yarışlarının qalibi oldular. İkinci yerə BMW Z4 - Keçel və Lauda pilotları, üçüncü yerə isə, BMW Z4- Yelmer Burman və Mayer-Melnxof Nikolas avtomobilinin yarışçıları layiq görüldülər. Bakının mərkəz küçələrindən dəniz kənarı bulvaradək davam edən yarış sürücülər tərəfindən yüksək səviyyədə qəbul olundu.
"City Challenge" yarışlarının yarış yolu 2,1 kilometr təşkil edərək, Hökümət evinin ətrafında nəzərdə tutulmuşdur. Yarışlarda on üç komanda iştirak edirdi və hər birini iki sürücü-pilot təqdim edirdi. Yarışlarda təhlükəsizlik texnikasının bütün qaydaları avtoidmanın yerli federasiya tələblərinə və beynəlxalq standartlara uyğun olaraq riayət edilirdi.
Əvvəlcə avtomobillər Azadlıq sahəsinin qarşısında nümayiş olundular, daha sonra isə yarış maşınlarının hərəkəti "Kempinski Badamdar" mehmanxanasına qədər dəniz kənarı tərəfdə keçirildi.
Bir gün əvvəl "Kempinski Badamdar" mehmanxanasında yarışlarla əlaqədar keçirilmiş mətbuat konfransında "City Challenge"-in icraçı direktoru Helmut Beyer bildirdi ki, yarışları təxminən 300 milyon insan dünyanın 120 ölkəsindən müşahidə etmişdir və bütün dünyanın diqqəti Bakıya cəlb olunmuşdur.
Həmçinin bir gün əvvəl Park Bulvar binasında City Challenge Baku-2012 yarışlarında iştirak edən yarış sürücüləri avtoqraflar payladılar. Onların arasında Karim Al Asxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) var idi . Yarışlar 27 və 28 oktyabr tarixində davam etmişdir. Beləliklə Millanın sürücüsü Mark J Tomas bildirdi ki , "bu həqiqətəndə çətin bir yarış idi və Nikin sürəti həmişə olduğu kimi ağlasığmaz olaraq qalır və onunla heç bir kəs bu sahədə rəqabət apara bilməz.’’
Milla Porsche GT3R-in cəlb etdiyi fantastik mətbuat işıqlandırmasına əlavə olaraq, komanda həmçinin yarış avtomobilində fotoşəkillərlə Milla-nın qonaqlarını özünə cəlb etdi. Yarışları bazar günü təxminən 20 000 bilet sahibi, televiziya auditoriyası və yaşayış yerlərindən təxminən 300 milyon insan tərəfindən izlənilirdi, City Challenge Baku ahəngdar müvəffəqiyyət kimi hesab olunur və 2013-cü ildə Bakının küçələrinə bir daha qayıdacağı güman olunur.