Bu günlərdə “Bank of Baku”-nun xidmətlərindən istifadə edən müştərilərin toplam sayı 500.000-ə çatıb. “Bank of Baku”-nun xidmətlərindən faydalanan şəxslərin bir hissəsini isə əmanətçilər təşkil edir. Belə ki, bankın əmanət portfelinin cəmi cari ilin 1 noyabr tarixinə olan məlumata görə, 323 mln. manatı aşıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 49%, cari ilin əvvəli ilə isə 36% artıb.
Hal-hazırda “Bank of Baku” müştərilərə iki əmanət növü təklif edir: “Dinamik” və “Çevik” əmanəti.
“Dinamik” əmanətinin əsas üstünlükləri: əmanəti artırmaq və azaltmaq imkanı, minimal məbləğ 100 azn, əmanət açan yeni müştəriyə bankdan əlavə olaraq +1% hədiyyə. “Çevik” əmanətinin çevikliyi isə əsasən, əmanətin istənilən vaxt, cəriməsiz çıxarılması və bununla yanaşı çıxarılan əmanətə hesablanan faizlərin yüksək olmasındadır. Faizlərin ödənilməsi əmanət çıxarılarkən və ya müddətin sonunda həyata keçirilir. “Bank of Baku” hər iki əmanət üzrə məbləğin 80%-i həcmində pul krediti almağı da təklif edir.
Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə 2010-cu il iyun ayının 1-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək ( 30000 manata qədər ) təyin olunmuşdur.
“Bank of Baku”-nun əmanət növləri ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda www.bankofbaku.com korporativ sayt və http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.