Nar Mobile mobil operatoru “İteca Caspian” şirkətinin keçirdiyi “Bakutel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. Mobil operator  hər il olduğu kimi bu il də yeniliklərini və əldə etdiyi son yeniliklərini nümayiş etdirib.


 


Sərginin ilk günü, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nar Mobile-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, Nar Mobile tərəfindən OnAir ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq Azal-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verildi. Daha sonra, bu xidmətin başlanğıc rəmzi olan “İlk zəng”-in olunması üçün mobil  telefon ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. Prezident Azal hava yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurdu və ona uğurlar arzu etdi.


 


“Bu gün biz Nar Mobile şirkəti olaraq sayca beşinci dəfədir ki, Bakutel sərgisində iştirak edirik. Hər il olduğu kimi də, bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsin çox sürətlə irəliləyir və burada Nar Mobile şirkətinin özünə məxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq 3G mobil rabitə xidmətini təklif etdik. Artıq isə təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizi hər zaman innovativ şirkət olduğunu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir” – deyə Azerfon telekommunikasiya şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar şöbəsinin İcraçı Direktoru Leyla Nəsrullayeva bildirmişdir. 


Qeyd edək ki, Nar Mobile “İteca Caspian” şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.