Sahibkarın uğurunu, onun biznesinin gəlirliliyi ilə ölçmək mümkündür. Şirkətin açılması – işin yalnız yarısıdır. Gəlir əldə etmək üçün biznes işlək olmalı və maksimum səmərə gətirməlidir. Əgər sizin müəssisənin əsasında təzə ideya durursa və boş oyuqda işləmək lazımdırsa, bu idealdır.

Gözəllik salonu və ya kafe ilə bu gün heç kəsi təəccübləndirə bilməzsən. Lakin bu günlərdə də Azərbaycanda elə biznes var ki, onu ənənəvi adlandırmaq çətindir. Sizə öz gerçək təcəssümünü tapmış qeyri-standart ideyalar seçməsini təqdim edirik.

Mobil avtoyuma

“TamizCar” Şirkətinin Baş meneceri Nərgiz İbrahimova:

– Qərbdə mobil avtoyumalara tələbat kifayət qədərdir. Hətta iki il əvvəl bizim Bakıda belə xidmətləri göstərən şirkət də var idi. Lakin sonra hara isə yox oldu. Biz qərara gəldik: boşalmış oyuğu niyədə doldurmayaq?

Proqnoz vermək naşükür işdir. Bununla belə, mən, biznesi idarə edən istənilən insan kimi, şirkətimizin çoxlu müştərisi olacağına ümid bəsləyirəm, gəlir isə yalnız artacaq. Rəqabətdən ehtiyatlanmırıq. Təbii ki, bununla məşğul olmaq istəməzdim, sahədə yeganə olmaq – bu istənilən sahibkarın arzusudur. Lakin əgər olsa, nə etməli? Rəqabət aparmalı olacağıq. Biznesin aparılma qaydaları hamı üçün eynidir. Fərq yalnız bu xidmət növünün əksəriyyət üçün anlaşılmaz olmasındadır, ona görə də ənənəvi ehkamları sındırmalı, izah etməli, danışmalı olursan. Təməllərin qoyulması və sındırılması - əziyyətli işdir. Biz hələ öz xərcini ödəməyə çıxmamışıq, lakin yekunda 70-100% gəlirlilik əldə etməyə çox inanıram.

Azərbaycanlılar – kifayət qədər mühafizəkar xalqdır. Xüsusən kişilər və xüsusən söhbət onların “dəmir” atlarından gedərkən. Azərbaycanlı illərlə tibbi müayinə keçməyə bilər, lakin öz maşınını hər həftə avtoservisə aparacaq. Bu milli xüsusiyyətlərdir. Lakin, digər tərəfdən, bu gerçəklikdir və onunla hesablaşmaq, stereotipləri qırmaq və insanlara yeni xidmət növlərinin onların vaxtına və əsəblərinə qənaət etdiyini izah etmək lazımdır.

Bizdən sonra ideal təmizlik olur. Bizim məhsul bioloji parçalanmaya məruz qalır, əlavə olaraq, biz sudan qənaətlə istifadə edirik. Belə ki, bizdən sonra, ənənəvi yumada olduğu kimi, heç bir gölməçə qalmır. Tamamilə müxtəlif müştərilər – həm ən bahalı, həm də büdcə markalı avtomobil sahibləri bizim xidmətlərimizdən istifadə edirlər.

Tədbirlərin təşkili

On3 Şirkətlər Qrupunun həmtəsisçiləri Aydın və Ülkər Əhmədzadələr


– Biz həmişə öz event-agentliyimiz haqqında xəyal edirdik, On3-ü təsis edənə qədər isə bizim artıq iş və biznesi aparmaq təcrübəmiz (Aydın – marketoloq, Ülkər isə - psixoloqdur, - red. qeydı) var idi. 2009-cu ildə biz Konsilium Agentliyini açdıq və reklam sahəsində məsləhətlə məşğul olurduq. Agentlik nəticədə Şirkətlər Qrupuna (6 istiqamət) çevrildi. Layihələrimizin hər biri orta hesabla 3-6 aya özünü doğruldur. Haradasa çətinliklər yarandıqda, digər istiqamətlər onları əvəz edir. Beləliklə, risklərdən azad oluruq. Şaquli deyil, üfüqi istiqamətdə, tələsmədən, düşünülmüş və stabil şəkildə inkişaf etməyə çalışırıq. Bizim dilimizin əzbəri – bütün növ PR tədbirləridir (konfranslar, forumlar, açılışlar və s.).

İşimiz kimisə bu sahəni öyrənməyə ilhamlandıra bilər. Axı bu gün bazarda mövcud olan belə geniş profilli agentlikləri bir əlin barmaqları ilə saymaq mümkündür. Lakin ayrı-ayrı istiqamətlər üzrə rəqabət, sözsüz ki, mövcuddur, hətta bu gün, ondan qorxmağın mənası yoxdur. Bazarda dürüst taktiki oyun aparmaq lazımdır. Məsələn, bizim qiymət siyasətimiz qiymətləri hər müştəriyə fərdi olaraq uyğunlaşdırmaqdır.

Biz, ilk növbədə, imic satırıq və servisimizi Qərbə, Avropa üslubuna uyğunlaşdırmağa çalışırıq. Əgər insan təhsilli, mütərəqqi və gəncdirsə, o həmişə yeni və qeyri-standart bir şeylə görüşməyə hazırdır. Bu biznesdə də öz əksini tapır.

Güllərin satışı və çatdırılması üzrə İnternet mağaza

Cicek.az İnternet mağazasının yaradıcısı Orxan Abbasov:

– Bu biznesin yaradılması ideyası hələ 2005-ci ildə İstanbulda yaranıb. Mən türk analoqunu gördüm və Bakıya qayıtdıqdan sonra, domeni qeydiyyatdan keçirtdim, lakin sektoru tədqiq etdikdə başa düşdüm ki, bazar buna hələ hazır deyil. Yalnız 6 ildən sonra, layihə üzərində işləməyə başladım.

Mən əksər qonşu ölkələrdə elektron kommersiyanın inkişafını müşahidə edirdim və başa düşürdüm ki, yalnız münbit vəziyyət yetişdikdə, bazara girmək lazımdır. Şirkəti yaradarkən biz çiçəkləri özləri deyil, kuryerlər vasitəsilə göndərməyə üstünlük verən azərbaycanlıların mentalitetinə əsaslandıq.

Şirkət beşinci ayda öz xərcini ödəməyə keçdi, lakin bizim gələcək planlarımızı və tətbiq etməyə hazırlaşdığımız yenilikləri nəzərə alsaq, hələ inkişafa çox vəsait qoyulmalıdır. Başlanğıcda bizə heç kəs kömək etmədi, mən layihəni şəxsi yığımlarımla sərmayələşdirdim. Azərbaycanda şəxsi işi inkişaf etdirmək üçün heç bir maneə yoxdur, qanunvericilik və vergiqoyma istiqamətində çox yaxşı şərait mövcuddur. Yalnız bir şey çatışmır – güzəştli kreditlər. Təəssüf ki, bizdə startaplara kredit ayıran banklar və kredit institutları yoxdur. Lakin məşğul olduğun sahədən asılı olmayaraq, biznes biznesdir və onun aparılma qaydaları hər yerdə eynidir. Mən rəqabətdən ehtiyat etmirəm, əksinə rəqabət – daha yaxşı və güclü olmaq üçün stimuldur.

Dünya hər gün dəyişir və insanlar, baxışların mühafizəkarlığına baxmayaraq, bütün dəyişikliklərə uyğunlaşırlar. Əgər 2-3 il əvvəl İnternet vasitəsilə alış-veriş etmək haqqında heç kəs düşünmürdüsə, bu gün vaxta və pula qənaət etməklə, onu böyük maraqla həyata keçirirlər. Bizim artıq daimi müştərilərimiz var. У нас уже появились постоянные клиенты. Biz onlara keyfiyyətli və sürətli servis, onlar isə bizə öz arzu və tövsiyələrini təqdim edirlər. Biz müştərilər sayəsində yaxşılığa doğru dəyişirik. 


 


Biznesinfo