Verilən məlumata görə Azərbaycanın İlk Gənclər Klubu - IB Club, İlin 3-cü gənclər məclisi olan "IB Gənclər Məclisi - 1 Gəncin Vitamini" layihəsini həyata keçirməyə hazırlaşır.
Layihənin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyətin yaradılması və uğurlu gəncləri tanıtmaqla gəncləri inkişafa istiqamətləndirmək, gənclər sektoruna töhfə verməkdir.
“IB Club”-un ideyası və “Vita1000” meyvə şirələrinin baş sponsorluğu ilə keçiriləcək “IB Gənclər Məclisi” layihəsində 13 Spiker yer alacaq.
Gənclərin və gənc ruhlu şəxslərin uğurlarını, kəşflərini, yeniliklərini deyə biləcəkləri bir məclisdə, Spikerlər müxtəlif sahənin yüksək karyera qurmuş, öz təşəbbüsləri ilə dəyişiklik və yenilik etmiş şəxslərdən təyin olunmuşdur.
Sizə IB Gənclər Məclisi - 1 Gəncin Vİtamini layihəsinin Spikerlərini təqdim edirik:
1. Çingiz Abdullayev - Yazıçı
2. Jalə Əliyeva – millət vəkili
3. Fəxriyyə Xələfova – modelyer, psixoloq
4. Ceyhun Osmanlı – millət vəkili
5. Fərid Abdullayev – YARAT – Müasir İncəsənət Məkanının icraçı direktoru
6. Orxan Aslanov - İlk fotoqrafiya məktəbinin təsisçisi, fotoqraf
7. Aydın və Ülkər Əhmədzadə - ON3 şirkətlər qrupunun təsisçiləri
8. Elnur Rüstəmov – "Psixologiya və Konsultasiya Mərkəzi"-nin rəhbəri
9. Orxan Məmmədov – BİPO şirkətinin təsisçisi, Sinteks MMC-nin vizual kommunikasiya dizayneri
10. Rafiq Vəliyev – İdeal şirkətinin Marketinq direktoru
11. Zaur Darabzadə - "Omnikomo Music Group" şirkətinin PR & Marketing Direktoru
12. Zülfi Aslanlı – Educo xaricdə təhsil mərkəzinin təsisçisi
13. Çilənay Səfərli – İngilis dili Conversation moderatoru
Tədbirə 500 Gəncin iştirakıyla bərabər, müxtəlif şirkət rəhbərləri xüsusi dəvətnamələrlə qatıla biləcəklər.
Qeyd edək ki, sözügedən layihə 11.11.12 tarixində "Nizami Kinoteatrı"-nda reallaşdırılacaq.
Layihənin Sponsorları: Ideal Parfumery and Cosmetics, Petkim, Atena, C`est Bon, Nano mağazalar şəbəkəsi, Pierre Cardin, 25 Advert, LIB dil dərsləri, Cogito Reklam Agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi-dir.
Layihənin informasiya dəstəyi: www.proses.az, www.azxeber.com , www.inkisafmerkezi.az, www.facemark.az, www.foxnews.az portallarıdır.