Abonentlərə operativ və keyfiyyətli xidmətin göstərilməsini öz fəaliyyətində prioritet istiqamətlərindən biri hesab edən AiləTV kabel operator televiziyası və Ailə NET internet provayderi Gəncə şəhərində abonentlər üçün vahid müştəri xidmətləri nömrəsinin tətbiqinə başlayır.
Şirkət bildirir ki, artıq AiləTV və AiləNET abunəçiləri onlara göstərilən xidmətlərindən istifadə ilə əlaqədar yaranan sual və təkliflərini (022) 920 telefon nömrəsinə zəng etməklə birbaşa müştəri xidmətlərinə bildirə bilərlər.
Qısa telefon nömrəsinin tətbiqi ilə stasionar və mobil telefonlardan (022) 920 nömrəsini yığan Ailə TV və Ailə NET –in Gəncə şəhər üzrə abunəçiləri, onları maraqlandıran bütün suallara müvafiq konsultasiyalar əldə edə biləcəklər. Qeyd edək ki, artıq (022) 920 qısa telefon nömrəsi aktivdir və abunəçilərə 24 saat boyu xidmət göstərməkdədir.
Respublikada şaxələnmiş fiber-optik şəbəkəyə malik olan AiləTV kabel televiziyası operatoru və AiləNET internet provayderi, ölkəmizdə İKT sahəsində geniş profilli xidmətlər göstərən “SKAY MAKS” MMC şirkətinin brendləridir.
Ailə TV və Ailə NET hazırda Bakı və Gəncə şəhərlərində ən böyük yaşayış sahələrini keyfiyyətli kabel televiziyası yayımı və sürətli internet xidməti ilə təmin edir.
Qabaqcıl texnologiyaların tətbiqi, keyfiyyətli xidmət və çevik tarif siyasəti şirkətin fəaliyyətində əsas prioritetlərdəndir.