Nar Mobile Azərbaycanda hava reyslərində, xüsusilə də, Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrində mobil rabitə xidmətlərini təklif edən birinci mobil operatordur.


 


Bu gün ip.access şirkəti Azerfon-la, Azərbaycanda Heydər Əliyev adına Beynəlxalq Hava limanında, habelə paytaxt hava limanında məskənləşən Azal şirkətinin təyyarələrində “picocell” özəkli baza stansiyalarının quraşdırılmasına yönəlmiş tərəfdaşlığını təsdiq etdi.


 


Bu tərəfdaşlıq, Azal şirkətinin ölkəyə gələn və ölkədən gedən hava reyslərinin sərnişinlərinə, təyyarənin bortunda quraşdırılmış Nar Mobile sistemindən istifadə etməklə, öz mobil telefonlarından zəng vurmaq və zəngləri qəbul etmək, SMS-xəbərlər göndərmək və veb-saytları nəzərdən keçirmək imkanı verəcəkdir. Bu ilin əvvəlində elan edildiyi kimi, hava nəqliyyatında rabitə xidmətlərinin təmin olunması sahəsində liderlik edən provayder olan OnAir şirkəti Azerfon-u bu layihənin həyata keçirilməsi üçün texniki qərarlarla təmin edəcəkdir.


 


İp.access şirkətinin prezidenti cənab Saymon Braun, Azerfon şirkəti ilə olan tərəfdaşlığı haqqında aşağıdakıları söylədi: “Digər aviaşirkətlərlə uğurlu iş təcrübəsisin olması ip.access şirkətini, Azərbaycanda da bu sistemin quraşdırılması üçün təbii seçimə çevirdi. Bizim qərarlarımızın mahiyyəti və sistemimizin digər təchizatçıların sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti bu yeni xidmətlərin tətbiq edilməsini sürətləndirdi”.


 


Cənab Timuçin Kutar, Azerfon şirkətinin Baş Texniki Müdiri tərəfdaşların yerinə yetirdiyi işi və bu layihənin həyata keçirilməsi sürətini vurğuladı. “Heydər Əliyev adına Hava limanı regionda ən çox sərnişin qəbul edən beynəlxalq hava limanlarından biridir, bu da onu tranzit sərnişinlərin köçürülməsi üçün önəmli bir məkan edir” – deyə cənab Kutar bildirdi. “Bu layihəni tez bir zamanda həyata keçirməklə, ip.access bizə Azal şirkətlərinin təyyarələrində uçuş zamanı milyonlarla sərnişinlərə GSM uçuş xidmətlərini, səsli rabitənin, SMS, data qoşulmasını təqdim etməkdə yardım edəcəkdir”.