Uğurlu, kreativ, fərqli və innovator gənclərin və gənc ruhlu insanların bacarıqlarını, uğura aparan yolları gənclərlə bölüşdüyü bir məclis olan IB Gənclər Məclisi Uğurla həyata keçirildi.
Bu il artıq üçüncüsü keçirilən “IB Gənclər Məclisi”nin spikerləri öncəkilərdən fərqli olaraq, öz sahəsində professional olmaqla yanaşı, işlərində birinci olan və öz sözünü demiş gənclər və gənc ruhlu şəxslər idilər.
Məclis, yazıçı Çingiz Abdullayev, millət vəkili Jalə Əliyeva və Ceyhun Osmanlı, modelyer Fəxriyyə Xələfova, sənətşünas Fərid Abdullayev, dizayner Orxan Məmmədov, fotoqraf Orxan Aslanov, psixoloq Elnur Rüstəmov, marketoloq Rafiq Vəliyev, ON3 production təsisçiləri Aydın və Ülkər Əhmədzadə, yüksək uğur potensiallı gənclər Zülfü Aslanlı və Çilənay Səfərlinin çıxışları ilə yadda qaldı.
Məclis, Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və Spikerlərin çıxışlarına start verildi. IB Gənclər Məclisinə çıxışlarla bərabər nahar fasiləsi də keçirildi. Nahar fasiləsi, Vitamin Meyvə Şirələri, Athena süd məhsulları və Cest Bon catering şirkətinin dəstəyi ilə keçirildi.
Məclisdə Gənclərin xüsusilə böyük marağına səbəb olan, Çingiz Abdullayev, Orxan Məmmədov, Rafiq Vəliyev, Elnur Rüstəmov, Ülkər və Aydın Əhmədzadə, Çilənay Səfərlinin çıxışıları sonrasında Gənclər Uğurlu karyera qurmağa və davamlı olaraq inkişaf etməyə istiqamətləndilər və bu sahədə böyük motivasiya əldə etdilər.
Layihənin iştirakçısı olan gənclər layihə sonrası fikirlərini sosial hesablarında böyük kütlələrlə bölüşüblər.
Lahiyənin rəhbəri, Nümrəddin Hüseynovun verdiyi məlumata görə, Gənclər Məclisi qarşısına qoyduğu məqsədlərinə tam nail oldu. Məclis psixoloji, öyrədici, motivəedici və gəncləri düşünməyə vadar edən, yeni ideyalar kəşf etməyə şərait yaradan çıxışlardan təşkil olunub. Məclisdə nəzərdə tutulan 12 spikerin çıxışı 500 nəfərlik auditoriya tərəfindən dinlənildi və böyük marağa səbəb oldu.
Təşkilatçılığını Gənclərdən ibarət 30 nəfərlik komandanın üstləndiyi IB Gənclər Məclisi layihəsinin təşkil olunmasında müxtəlif brendlər dəstək olublar.
IB Gənclər Məclisinin baş Sponsoru Vitamin Meyvə Şirəsi, Sponsor İdeal Perfumery and Cosmetics şirkəti oldu.
Layihənin sponsorları: Petkim, Atena, C`est Bon, Nano mağazalar şəbəkəsi, Pierre Cardin, 25 Advert, LIB dil dərsləri, Cogito Reklam Agentliyi, Belia - Youth Marketing, Secret Kitab Dünyası, Shine Xaricdə təhsil, Desperado Musiqi Məktəbi.
Layihənin informasiya dəstəyi: www.azxeber.com, www.resurs.az, www.proses.az, www.inkisafmerkezi.az, www.facemark.az, www.foxnews.az portalı
Layihənin tərəfdaşı: YAP Gənclər Təşkilatı, Bakı Film İnstitutu oldu.
500 Gəncin İştirak etdiyi IB Gənclər Məclisi Sonrası Gəncləri təəsüratlarını sizə təqdim edirik:
Məclis sonrası iştirakçıların təəssuratları:
Eldar Məmmədbəyov:
IB Club yenə də öz fərqini göstərdi. Təşəkkürlər IB Club.
Tədbirin başından sonuna qədər mükəmməl tərtibatla qarşılaşdıq. Mən öz adımdan və auditoriya tərəfindən bildirirəm ki, bugünkü gündən özümə çox müsbət dəyərlər götürdüm. Bütün spikerlər çox möhtəşəm idi, 5-6 saat 5-6 dəqiqə kimi gəldi. Ən tez zamanda yenidən belə tədbirlərin keçirilməsini gözləyirik.
Fatimə Kazımova:
Həyəcanı, sevinci birlikdə yaşadığım bir gün. Spikerlərin motivasiya edici çıxışları, “Ağ maskalılar”ın möhtəşəm şousu, Desperado musiqi məktəbinin kollektivinin ifası, aktiv dinləyicilər, fotolar, kreativ “1”lər, bir sözlə, unudulmaz bir məclis oldu. Uğurlu insanların uğurlarından bir çox nüansları oğurladım və dəyərləndirəcəm. Ən əsası “Ağ Maskalılar”ın möhtəşəm şousu ilə uğursuzluqdan uğura gedən yolun canlı şahidi olduq,
Məclisdə əməyi keçən hər kəsə təşəkkürlər. Dedilər və həqiqətən Tarix yazdılar.
Çilənay Səfərli:
“IB Gənclər Məclisi” üçüncü dəfə öz möhtəşəmliyi ilə hamının yaddaşına yazıldı. Digər məclislərdən fərqli olaraq bu dəfə spiker kimi çıxış elədim və bu sevinci, həyəcanı daha çox hiss etdim. Məni bu üçüncü məclisdə çıxış etməyimə təkan verən amillərdən biri də öncəki iki məclisdə iştirak etməyim və danışılan uğurlardan təcrübələrdən yararlanmağım idi. Daha necə belə gözəl məclislərə.
Günel Məmmədova:
“IB Gənclər Məclisi” həqiqətən də unudulmaz oldu. Spikerlərdən çox şeylər öyrəndim. Dəyərli insanlarla vaxt keçirmək çox xoş idi. Növbəti məclislərdə görüşənədək.
Şükran Süleymanov:
Məclisin təşkilatçılığında əməyi keçən hər bir insana, bu layihənin ərsəyə gəlməsində yaxından iştirak etmiş hər kəsə dərin minnətdarlıq edirəm. Kollektiv ruhun, bacarıq və imkanların sintez təşkil etdiyi məclis çox insanların xatirələndə hələ uzun müddət silinməz izlər buraxacaq. Yeni insanları tanımaq, onların fikirlərini dinləmək, yüksək təəssürat və motivasiya edici oldu. Bu məclisdən və IB clubdan çox şey öyrəndim. Təşəkkürlər hər kəsə!