Boyner, istifadəçilərin özlərini filtrsiz olaraq anında olduğu kimi paylaşdığı məşhur Be.Real tətbiqində paylaşım edərək bu sahədə istifadəçilərlə görüşən ilk marka olub.


Facemark.az xarici mənbəyə istiandən xəbər verir ki, brend, gənc müştəriləri ilə sıx əlaqə saxlamaq üçün yeni nəsil tətbiqləri və kommunikasiya kanallarını yaxından təqib edərək gördüyü hərəkətlərlə diqqət çəkir.


Günün istənilən vaxtı bildiriş göndərən və paylaşmaq üçün iki dəqiqə müddəti olan tətbiqdə həmin an paylaşım olmadıqda istifadəçi digər istifadəçilərin məzmununu görə bilmir. Paylaşılan şəkillərin toplu şəkildə tapıldığı və profil səhifəsinin olmadığı Be.Real tətbiqində istifadəçilər uyğun məzmun paylaşmaqdan narahat deyillər.