Unibankın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyəcək. Məqsəd müştəriləri bütün həftə ərzində, keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Bakıda yerləşən 11 (Dərnəgül) və 16 saylı (Baksovet) filialları istisna olmaqla, Baş ofisin müştərilərə xidmət bölməsi daxil, paytaxt və bölgələrdəki 24 filial, şənbə günləri səhər saat 09:00-dan axşam 18:00-dək fasiləsiz işləyəcək. Əməliyyatlar saat 17:00-dək aparılacaq. Unibank filiallarının şənbə günləri tam iş qrafikində xidmət göstərməsi, müştərilərinə istirahət günündə də, Bankın xidmətlərindən maksimal həddə faydalanmaq imkanı verəcək.
20 ildir ki, müştərilərin xidmətində dayanan Unibank, 100-ə yaxın xidmət məntəqəsi vasitəsi ilə xidmət edir. Bu gün bankın Bakı və Abşeronun əksər ərazilərini əhatə edən və bir sıra bölgələrdə mövcud olan 26 filialı, ölkə vətəndaşlarına müxtəlif bank xidmətlərini göstərir. Bankın filiallarından kənar xidmət məntəqələri isə məişət və kompüter texnikası, mobil telefon, mebel və digər məhsulların kreditləşdirilməsini həyata keçirir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Unidirect xidmətinin məqsədi müştərilərə banka gəlmədən, xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından Unidirect@unibank.az ünvanına göndərməlidirlər. Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran Unibank, 60-dan çox ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı!