NBC Bank müştərilərə istehlak kreditləşməsi sahəsində xidmətləri daha da sadələşdirmək və müştərilərə sərfəli istehlak kreditləri təklif etmək məqsədi ilə bazara “Maxi Card” adında yeni plastik kart məhsulu təqdim edir.

“Maxi Card” NBC Bankın güzəştli kredit kartıdır. Bu plastik kart vasitəsi ilə hər bir müştəri partnyor mağazalardan alınan malın məbləğini faizsiz olaraq 3, 6, 9 və ya 12 ay ərzində ödəyə biləcək.

Qeyd etmək istərdik ki, kartın alınması tamamilə pulsuzdur və kartı əldə etmək üçün zamin və ya iş yerindən arayış tələb olunmur.

“Maxi Card”ı əldə etmək istəyənlər NBC Bankın təklif etdiyi məhsul və xidmətlərlə bağlı Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialına müraciət edə bilərlər. 

Ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

NBC Bank – 20 il Sizinlə!