Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycandan olan incəsənət və mədəniyyət peşəkarları, yaradıcı insanlar və menecerlərinə dəstək olmaq üçün mobillik qrantları üzrə 3-cü müsabiqə mərhələsini elan edir.


Mobility qrantları təcrübə, təhsil səfərləri, konfranslar, peşəkar inkişaf və bilik mübadiləsini və mədəniyyətlərarası dialoqu təşviq edən digər fəaliyyətlər üçün açıqdır.


Müsabiqə bütün mədəniyyət sektorlarından olan sənət adamları və ya mədəniyyət peşəkarları üçün açıqdır. Onlar 18 yaşdan yuxarı olmaqla öz ölkələrinin vətəndaşları və ya qanuni rezidentləri olmalıdırlar. Müsabiqə qeyri-paytaxt şəhərlərində yaşayan iddiaçılar üçün xüsusi imkanlar təklif edir.


Müsabiqə dörd növ mobillik layihələrini dəstəkləyir:


1. Qısa müddətli (5-10 təqvim günü) – 1,500 avrodan çox olmayaraq;


2. Orta müddətli (5 həftəyə qədər) – 3,500 avrodan çox olmayaraq;


3. Uzun müddətli (12 həftəyə qədər) – 5,000 avrodan çox olmayaraq;


4. Virtual layihələr (onlayn iştirak) – 1,000 avrodan çox olmayaraq.


Mobillik layihələri 1 iyun 2023-cü il – 31 may 2024-cü il tarixləri arasında Avropa İttifaqının üzv dövlətlərində, Aİ tərəfdaş ölkələrində və digər Avropa ölkələrində həyata keçirilə bilər.


EU4Culture Mobillik qrantlarına müraciət etmək üçün iddiaçılar Goethe Application Portal (GAP) saytı vasitəsilə təklif etdikləri beynəlxalq mobillik layihəsi üçün fəaliyyət planı və büdcəni təqdim etməlidirlər.


Müraciətlər üçün son tarix: 27 mart, saat 15:00 (CET).


Mobillik qrantlarına dair informasiya sessiyaları 16-24 fevral tarixləri arasında Zoom platforması üzərindən aparılacaq. Xahiş olunur öncədən qeydiyyatdan keçin.


EU4Culture mobillik qrantları Şərq Tərəfdaşlığı ölkələrində İncəsənət və Mədəniyyət Peşəkarları arasında mədəniyyətlərarası dialoqu və bilik mübadiləsini təşviq etmək məqsədi daşıyır. Ötən il ərzində baş tutmuş ilk iki qrant müsabiqəsi zamanı layihə region ölkələrindən 155 nəfərin mobillik layihələrini dəstəkləmişdir. 2024-cü ilə qədər daha iki müsabiqə mərhələsi elan ediləcəkdir.


EU4Culture layihəsi Höte İnstitutu (Əsas), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu, Fransız İnstitutu tərəfindən həyata keçirilir.


Ətraflı məlumat


Müraciət etmək


İnformasiya sessiyalarına qeydiyyat