"Bakcell" şirkəti baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərinə pulsuz danışıq dəqiqələri və internet təqdim edib.


Facemark.az bu barədə şirkətin yaydığı məlumata istinadən xəbər verir.


Qurumun məlumatında deyilir ki, müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilir.


Qeyd edək ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub.Ən son əldə edilən məlumatlara görə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.