Qazax rayonunun Aslanbəyli kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə subsidiyalarla bağlı sahibkarlarla görüş keçirilib.
Facemark.az xəbər verir ki, qeyd olunan məlumatı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin inkişaf Agentliyi (KOBİA) bildirib.
Tədbirdə aqrar sahədə fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində sahibkarlar subsidiyaların əldə edilməsi qaydaları, “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi (EKTİS) barədə məlumatlandırılıb, onların bu sahədə qarşılaşdıqları çətinliklər müzakirə olunub, sualları cavablandırılıb.