Türkiyədəki zəlzələdə zərər çəkənlərə yardımların toplanması artıq Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında aparılmayacaq.


Facemark.az "Axar.az"-a istinadən xəbər verir!


Məlumatda sözügedən qərarın nəqliyyatın işində sıxlıq yaşanmaması üçün verildiyi qeyd olunub.



Qeyd edək ki, artıq yardımlar Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul ediləcək.