İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Macarıstanın Dövlət Katibinin xarici iqtisadi məsələlər üzrə müavini xanım Katalin Bihari ilə görüşüb.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi öz rəsmi saytında bildirib.


Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın da iştirak etdiyi görüşdə iki dost ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı, ölkələrimizin rəhbərlərinin əlaqələrin genişlənməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan səmərəli istifadəyə önəm verdiyi qeyd olunub.


Tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən, azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə Macarıstan şirkətlərinin iştirakı, habelə Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi barədə müzakirələr aparıblar.