Fevralın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda maarifləndirici təlim keçiriləcək.


Facemark.az xəbər verir ki, bu baradə məlumat Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın rəsmi saytında qeyd olunub.


Təlimdə Bakı KOBİM-in eksperti Bəsti Bəşirova tərəfindən qeyri-neft sektoru üzrə ixrac, “Bir pəncərə” ixraca dəstək mərkəzi vasitəsilə həyata keçirilən ixrac və ixraca dair digər məsələlərlə əlaqədar məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.


Qeyd edək ki, Bakı KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər ödənişsizdir.