Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Facemark.az xəbər verir ki. bu babrədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında bildirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşən KOBİA sədri Türkiyənin dərdinə şərik olduğumuzu, zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının və yaralıların olmasından kədərləndiyimizi bildirib. Orxan Məmmədov təbii fəlakət nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyib, matəm kitabına ürək sözlərini yazıb.