Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün "Qardaş köməyi" platforması çərçivəsində toplanmış yardım Lökbatandakı "Agro" terminaldan qardaş ölkəyə yola salınıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında bildirib.


"Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platforması kimi təşəbbüsləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq dəstəkləyir və sahibkarları fəal iştiraka dəvət edirik." -deyə məlumatda qeyd olunub.



Əlavə edək ki, növbəti günlərdə yardım aparan daha bir neçə tır Türkiyəyə göndəriləcək.